Vilyam Klark | |
---|---|
ing. William Clark | |
| |
Doğum tarixi | |
Doğum yeri | Virciniya, ABŞ |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Sent-Luis, Missuri, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], siyasətçi, hərbi qulluqçu, təbiətşünas |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Klark (ing. William Clark; 1 avqust 1770[1][2][…] – 1 sentyabr 1838[1][2][…], Sent-Luis, Missuri) — Amerikalı səyyah, Qızıldərili cəsus və leytenant. Şimali Amerika qitəsinin iç hissələrini kəşf etmişdir.
18. əsrin ortalarında, Şimali Amerika'ya Avropa'dan o qədər çox miqrant gəlmişdi ki şimalşərqdəki ilk müstəmləkə torpağları dolmuşdu. Şəhərlər, koloniyalar və müstəmləkələr artıq nüfusu yerləşdirə bilmirdi. Yaşamaq üçün gələnlər qərbə, Apalaş Dağları'nın kənarında bilinməyən yerlərə getməyə qorxduğlarına görə yerləşmə çətin inkişaf edirdi. Bu səbəbdən, 1803'cü ildə, Amerika hökuməti Louisiana əyalətini Fransa'dan satın aldı. Bu Zamanda Amerika prezidenti Tomas Cefferson, Mississippi'nin kənarındakı yerləri kəşfetmək üçün tez bir səfər başlatdı. Məqsəd, Qızıldərililər və Meksikalılar ilə ticarət imkanlarını dəyərləndirməkdi; ama Sakit Okean'a gedən bir yol tapılması da istənilirdi. Beləliklə Amerika iqtisadiyyatı güclənəcək, yeni əyalətlər əldə edəbiləcək və hər sahədə güclənməyi ümid edirlərdi.
Səfərin liderləri, prezidentin xüsusi katibi Meriwether Lewis və leytenant William Clark idi. Lewis ləvazümatların seçimini edərkən,Clark adamları təyin etdi və onlara səyahət haqqında təhsil verdi.30 adamdan ibarət,"Səyyah Qitəsi" adlandırdıqları ekipaj 14 May 1804'-cü ildə Missouri Çayın'dan sevinclə yola qoyuldu.Tüfəng,dərman və ərzaq xaricində,özləri ilə Qızıldərililərə hədiyyə etmək üçün çoxlu sayda bəzək əşyasıda götürmüşdülər.